Uilyams 3 klubun “radar”ındadır
İspaniya millisinin və Bilbao “Atletik”inin hücumameyilli yarımmüdafiəçisi Niko Uilyamsa Avropa klubları arasında tələbat var.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 22 yaşlı vingerin transferinə Fransanın PSJ, eləcə də İngiltərənin “Çelsi” və “Arsenal” klubları maraq göstərir.
Uilyamsın transferi 70 milyon avro qiymətləndirilir. Onun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.
Uilyams İspaniya çempionatının cari mövsümündə 11 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin