Şakirinin Yunanıstan və Türkiyədən “elçilər”i var
Cerdan Şakiri Avropa futboluna qayıda bilər.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, isveçrəli futbolçunun xidmətində Yunanıstanın AEK, “Panatinaikos”, həmçinin Türkiyənin “Beşiktaş” və Səudiyyə Ərəbistanı klubları maraqlıdır. Yarımmüdafiəçi karyerasını harada davam etdirəcəyinə hələ qərar verməyib.
32 yaşlı futbolçu bu yaxınlarda azad agent olub. O, MLS klubundan – “Çikaqo Fayr”dan ayrılıb. Müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə xitam verilib.
Şakiri 2022-ci ilin fevralından “Çikaqo Fayr”da çıxış edirdi. O, MLS-də 69 matçda 14 qol vurub, 11 məhsuldar ötürmə edib. Şakiri ABŞ-a köçməzdən əvvəl “Lion”, “Stok Siti”, “Liverpul”, “İnter”, “Bayern” və “Bazel”in şərəfini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin