“Avropada Rusiyada dəhşətli insanların yaşadığı fikri var” – erməni futbolçu
“Alaşkert” klubunda çıxış edən Ermənistan millisinin sabiq hücumçusu Aleksandr Karapetyan Avropada ruslara münasibətdən danışıb.
Komanda.az “Metaratings”-ə istinadən xəbər verir ki, erməni futbolçu, avropalıların ruslarla bağlı çox şeyi başa düşmədiyini bildirib:
“Mən avropalı dostlarıma Rusiyada yaşamağın üstünlükləri barədə danışırammı? Bəli, amma güclü əks təbliğat da var.
Hər gün deyirlər ki, ruslar pisdir, sadə insanlar isə çox şeyi başa düşmürlər və hər şeyə inanırlar. Avropada Rusiyada dəhşətli insanların yaşadığı fikri var. Bəli, dünyada vəziyyət ağırdır, amma mən Rusiyanın, orada yaşayan insanların tərəfindəyəm. Mən sadəcə insanlardan danışıram, siyasətdən danışmağı sevmirəm. İndi nə desən, hər şey səhv olacaq.
Rusiyada da Qərb haqqında eyni cür düşünürlərmi? Yox. Ora gəlirsən – bütün ruslar pisdir, bura gəlirsən – hamı başa düşür ki, hər yerdə yaxşı insanlar var. Mənim evimdə həmişə rus, alman, hətta Ukrayna xəbərləri izlənilir. Hər kəs fərqli şeylər deyir, həqiqətin harada olduğunu bilmək çətindir.
Təəssüflər olsun ki, avropalılar daha sadəlövhdürlər, onlara deyilənlərə inanırlar. Sadə bir misal: almanlara Rusiyaya getməyi təklif etsəz, “yox” deyəcək, bir rusa Almaniyaya getməyi təklif etsəz, razılaşar. Çox təəssüf ki, hamını Rusiyaya aparıb, burada necə insanların yaşadığını göstərə bilməzsən. Avropada ruslara qarşı ayrı-seçkilik inanılmaz həddə çatıb. Rusiyada mən Avropa ilə bağlı belə bir şey görməmişəm”.
Karapetyan əvvəllər Rusiyanın “Soçi”, “Tambov” kimi klublarında forma geyinib.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin