“Neftçi” və “Speranta”nı məğlub edərək, yolumuza davam edə biləcəyimizi deyə bilərik”
“Neftçi” Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Speranta”nı məğlub edəcəyi təqdirdə, 2-ci təsnifat mərhələsində Rusiyanın “Arsenal” klubu ilə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, Tula təmsilçisinin futbolçusu İqor Qorbatenko klubun saytına açıqlamasında, Avropa Liqasının püşkatmasını dəyərləndirib:
“Hələ ki, rəqibimizin kimliyi bilinmir. Ancaq “Neftçi” və “Speranta”nı məğlub edərək, yolumuza davam edə biləcəyimizi deyə bilərik.
Qarşıda bizi çətin ay gözləyir. Mövsümə uğurlu başlamalıyıq. Çempionatın əvvəlində və Avropa Liqasında maksimum nəticə göstərməyə çalışacağıq.
Avropada özümüzü göstərmək şansımız var. Bunu dəyərləndirmək və Avropa Liqasının qruplarında mübarizə aparmaq istəyirik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin