
Avropada daha bir çempionatın bərpa tarixi açıqlandı
Koronavirus pandemiyası səbəbindən dayandırılan Yunanıstan Super Liqasının bərpa tarixi açıqlanıb.
Komanda.az xəbər verir ki, çempionat iyunun 6-da qaldığı yerdən davam etdiriləcək. Bu barədə Yunanıstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Qərar yüksək liqada çıxış edən klubların birgə razılığı ilə qəbul olunub. İyunun 6-da bərpa olunacaq mövsümün iyulun 19-da tam yekunlaşdırılması qərara alınıb.
14 komandanın mübarizə apardığı Yunanıstan Super Liqasında mövsümün normal hissəsi artıq başa çatıb. İlk “6-lıq”da qərarlaşan komandalar – “Olimpiakos”, PAOK, AEK, “Panatinaikos”, “Aris” və OFİ pley-offda mübarizə aparacaqlar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin