
Avropanın ən yaxşı gənc futbolçuları – FOTO
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropada 2022-ci ilin gənc futbolçulardan ibarət rəmzi heyətini açıqlayıb.
Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, rəmzi komanda 20 yaşadək oyunçuların il ərzindəki çıxışlarına əsasən qurulub.
Qapıçı: Qavin Bazunu (İrlandiya / “Sauthempton”);
Müdafiəçilər: Antonio Silva (Portuqaliya / “Benfika”), Yoşko Qvardiol (Xorvatiya / “Leyptsiq”), Nuno Mendeş (Portuqaliya / PSJ);
Yarımmüdafiəçilər: Qavi, Pedri (hər ikisi İspaniya / “Barselona”), Çud Bellingem (İngiltərə / “Borussiya” Dortmund), Eduardo Kamavinqa (Fransa / “Real”);
Hücumçular: Camal Musiala (Almaniya / “Bayern”), Kərim Adeyemi (Almaniya / “Borussiya” Dortmund), Ansu Fati (İspaniya / “Barselona”)

Bizi Facebook-da izləyin