Avropa Voleybol Konfederasiyasının yeni prezidenti bəlli oldu

Avropa Voleybol Konfederasiyasının (CEV) yeni prezidenti bəlli olub.

Komanda.az xəbər verir ki, İtaliyanın Neapol şəhərində CEV-in Baş Assambleyasında səsverməyə əsasən 36 səs yığan xorvatiyalı Roko Sikiriç qrumun yeni prezidenti seçilib.

Tədbirdə Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, vitse-prezident Faiq Qarayev də iştirak edib.

AVF prezidentinin müşaviri, CEV İdarə heyətinin üzvü Cəlil Cəfərov isə CEV nümayəndəsi kimi Assambleyada yer alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button