Avropa Voleybol Konfederasiyasının prezidenti Bakıya gəlir

Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç aprelin 24-də Bakıya səfər edəcək.

Komanda.az xəbər verir ki, CEV rəhbəri Milli Gimnastika Arenasında təşkil olunacaq qadın və kişi voleybolçuların Yüksək Liqasında final oyunlarını izləyəcək, həmçinin, qaliblərin mükafatlandırma mərasimində iştirak edəcək.

Səfər çərçivəsində Sikiriçlə bir neçə mühüm görüşün keçirilməsi də nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button