Azərbaycanlı həkim Avropa çempionatının oyunlarına təyinat aldı

Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının həkimi, Avropa Voleybol Konfederasiyasının (CEV) Tibb Komissiyasının üzvü Vüsalə Kazımovaya növbəti dəfə etimad göstərib.

Komanda.az xəbər verir ki, azərbaycanlı həkim oğlan və qız voleybolçular arasında keçiriləcək çimərlik voleybolu üzrə U-18 Avropa çempionatının oyunlarına təyinat alıb.

Kazımova 2-5 sentyabr tarixlərində Sloveniyanın Lyublyana şəhərində keçiriləcək oyunlara Avropa Voleybol Konfedrasiyasının (CEV) tibbi nümayəndəsi olaraq nəzarət edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button