Çempionlar Liqası və Avropa Liqası təxirə salına bilər
Avropa Super Liqasının yaradılmasından sonra UEFA bu turnirdə iştirak edəcək klublara sanksiya tətbiq edə bilər.
Komanda.az xəbər verir ki, futbol qurumu yarımfinal mərhələsi keçirilməli olan Çempionlar Liqası və Avropa Liqasının bu mövsümünü təxirə sala bilər. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Çempionlar Liqasının yarımfinal mərhələsində İspaniyanın “Real”, İngiltərənin “Mançester Siti” və “Çelsi”, Avropa Liqasında isə İngiltərənin “Arsenal” və “Mançester Yunayted” klubları mübarizə aparır. Sözügedən klublar yeni yaradılan Super Liqada iştiraklarını təsdiqləyiblər.
UEFA bu səbəbdən Çempionlar Liqası və Avropa Liqasının bu mövsümünü təxirə sala bilər. Bununla bağlı qərar bu gün veriləcək.
Çempionlar Liqasında yarımfinal oyunları 27-28 apreldə, Avropa Liqasında isə 29 apreldə keçiriləcək. ÇL-də “Real” (İspaniya) – “Çelsi” (İngiltərə), PSJ (Fransa) – “Mançester Siti” (İngiltərə), AL-də isə “Arsenal” (İngiltərə) – “Vilyarreal” (İspaniya), “Mançester Yunayted” (İngiltərə) – “Roma” (İtaliya) matçları oynanılacaq.
Bizi Facebook-da izləyin