Avropa Super Liqası yeni adla fəaliyyətə başlayır

Avropa Super Liqası rəsmən yeni adla fəaliyyətə başlayır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, indi turnir Birləşmiş Liqa adlanacaq və dörd diviziondan ibarət olacaq: ulduz, qızıl, mavi və general.

Birləşmiş Liqanın təşkilatçıları artıq UEFA-dan yarışın keçirilməsi üçün rəsmi icazə istəyib.

Super Liqa layihəsinə əvvəlcə Avropanın 12 klubu qoşulsa da, FİFA və UEFA-nın sanksiya təhlükəsindən sonra klublar turnirdən çəkilməyə başlayıb. Hazırda UEFA və FİFA-ya tabe olmayan Avropa Super Liqası adlanan layihədən yalnız “Real” və “Barselona” geri çəkilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button