Peres: “Pul yoxdursa, futbol ölür”
Avropa Super Liqası layihəsinin rəhbəri Florentino Peres açıqlama verib.
Komanda.az xəbər verir ki, Peres, layihənin bağlanmadığını deyib:
“Super Liqa bağlanmayıb, açıqdır. Bu, bizim tamamlamaq istədiyimiz bir layihədir. “Sevilya”, “Vilyarreal” kimi komandalar öz yerlərini alacaq. Biz daha çox azarkeşi olan klublardan başlamalıyıq. Məsələn, “Roma” klubu “Mançester Yunayted” kimi sevilmir. İnsanlar daha çox “Mançester Yunayted”in oyunlarını izləyir. Maraq kəsb etməyən oyunların yayım gəlirləri də aşağı olur. Super Liqa dünyada ən çox azarkeşi olan klublardan qurulur.
Pul yoxdursa, futbol ölür. Bizim klublarla müqavilələirmiz var. UEFA özümüzü müdafiə etdiyimiz üçün bizi hədələyir. İngiltərə klubları da ciddi təzyiqlərə məruz qaldı”.
Aprelin 19-da fəaliyyətə başlayan Avropa Super Liqasında 12 klubun iştirakı təsdiqlənmişdi. Lakin qısa zamanda artan təzyiqlər nəticəsində “Real”, “Yuventus” və “Barselona” istisna olmaqla, digər komandalar yarışdan imtina etmişdilər.
Bizi Facebook-da izləyin