Avropa Super Liqası layihəsinə qoşulan klublar A Seriyasını tərk edəcək
Avropa Super Liqası layihəsində iştirak edəcək İtaliya klubları A Seriyasından kənarlaşdırılacaq.
Komanda.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının rəhbəri Qabriel Qravina yerli mətbuata açıqlamasında deyib:
“FİFA və UEFA-nın himayəsində olmayan yarışlarda iştirak etməyi planlaşdıran klublar yerli çempionata üzvlüyünü itirəcək və turniri tərk edəcəklər”.
Aprelin 19-da Avropanın 12 klubu Avropa Super Liqasının yaradıldığını bəyan etmişdi. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcəkdi.
Futbol ictimaiyyətinin narazılığından və UEFA-nın təzyiqlərindən sonra İspaniyanın “Real” və “Barselona” klubundan başqa, digər bütün iştirakçılar Avropa Super Liqası layihəsindən çıxdıqlarını açıqlayıblar.
Bizi Facebook-da izləyin