Avropa reytinqi: “Qarabağ” irəlilədi

“Qarabağ” Avropa reytinqində 16 pillə irəliləyib.

Komanda.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının açıqladığı reytinq siyahısında “köhlən atlar” 72-cidir. Qitənin 170 klubunun yer aldığı siyahıda “Qarabağ” 129 xala malikdir. Ağdam təmsilçisi ötən ay 85,6 xalla 88-ci idi.

Azərbaycanın daha bir təmsilçisi “Neftçi” isə 81,5 xalla 134-cü sırada qərarlaşıb.

Siyahıya İngitərənin “Çelsi” komandası başçılıq edir (310 xal).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button