Avropa Oyunlarında uğur qazanan cüdoçular Bakıya döndülər
Belarusun paytaxtı Minsk şəhərində keçirilən Avropa Oyunlarında uğura imza atmış Azərbaycan cüdoçuları vətənə dönüblər.
Komanda.az xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançılarımızı Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və bir qrup azarkeş coşqu ilə qarşılayıb.
Qeyd edək ki, Minskdə təşkil olunan Avropa Oyunlarında cüdoçularımızdan Rüstəm Orucov (73 kq) gümüş, Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və İrina Kindzerska (+78 kq) bürünc medal qazanıb. Beləliklə, Azərbaycan millisi fərdi yarışları 5 medalla (1 gümüş və 4 bürünc) başa vurub. Cüdoçularımıza həm Avropa Oyunlarının, həm də Avropa çempionatının medalları təqdim olunub. Millimiz medalların sayına görə 49 ölkə arasında 3-cü, əyarına görə isə 12-ci yeri tutub.
Bizi Facebook-da izləyin