Avropa Oyunlarına lisenziya xarakterli turnirə qatılacaqlar – Azərbaycan taekvondoçuları

Azərbaycan taekvondo millisi aprelin 8-də Rumıniyanın paytaxtı Buxarestdə start götürəcək 3-cü Avropa Oyunlarına lisenziya xarakterli təsnifat turnirində iştirak edəcək.

Federasiyadan Komanda.az-a verilən məlumata görə, baş məşqçi Reza Mehmandostun rəhbərliyi altında Səyyad Dadaşov (54 kq), Xanoğlan Kərimov (63 kq), Ələsgər Əliyev (80 kq) və Həmidreza Bədriəliabadi (+87 kq) yarışda qüvvələrini sınayacaqlar.

Turnirdə hər çəki dərəcəsinin qalibi Krakov-2023-də iştirak hüququ qazanacaq.

Bu gün Rumıniyaya yollanan taekvondoçular aprelin 10-da Bakıya qayıdacaqlar.

Polşanın Krakov şəhərində keçiriləcək 3-cü Avropa Oyunlarında Azərbaycanın 7 taekvondoçusunun iştirakı artıq təsdiqlənib. Reytinqə əsasən, Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) Krakov-2023-ə vəsiqə əldə ediblər.

Avropa Oyunlarında taekvondo yarışları iyunun 23-26-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button