
Avropa Oyunları: Süleymanov məğlub oldu
Azərbaycan taekvondoçusu Taleh Süleymanov Polşada keçirilən 3-cü Avropa Oyunlarında mübarizəyə başlayıb.
Komanda.az xəbər verir ki, 87 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Aleksander Baçmanla (Almaniya) üz-üzə gəlib.
Qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə bitib. Baçman finala vəsiqə qazansa, Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.
Avropa Oyunları iyulun 2-də başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin