
Avropa Oyunları: Ramazanova çıxışını başa vurdu
Azərbaycanın kamandan oxatma üzrə təmsilçisi Yaylagül Ramazanova Polşada keçirilən 3-cü Avropa Oyunlarında növbəti görüşünü keçirib.
Komanda.az xəbər verir ki, Ramazanova 1/32 final görüşündə litvalı Paulina Ramanauskayte ilə üz-üzə gəlib.
Görüşdə əsas vaxtı 5:5 hesablı heç-heçə ilə başa vuran azərbaycanlı idmançı “shoot of”da rəqibinə məğlub olub – 5:6.
Bununla da, Ramazanova Avropa Oyunlarındakı çıxışını başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin