Avropa Oyunları: Lunyov final mərhələsinə yüksələ bilmədi

Azərbaycan atıcısı Ruslan Lunyov Polşada keçirilən Avropa Oyunlarındakı ilk çıxışında 11-ci yeri tutub.

Komanda.az xəbər verir ki, ikiqat Avropa çempionu 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma yarışında final mərhələsinə vəsiqə qazana bilməyib.

577 xal toplayan 34 yaşlı idmançı ilk 8-likdən kənarda qalıb.

Lunyov iyunun 29-30-da isə 25 metr məsafəyə atəş açmada qüvvəsini sınayacaq.

Bu gün qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma yarışında Nigar Nəsirova və Nəzrin Abbaslı çıxış edəcəklər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button