
Avropa Oyunları: Fatimə Zəhradan növbəti qələbə
Azərbaycan basmintonçusu Keyşa Fatimə Zəhra Polşada təşkil olunan 3-cü Avropa Oyunlarında növbəti görüşünə çıxıb.
Komanda.az xəbər verir ki, idmançı D qrupundakı ikinci oyununda Moldova təmsilçisi Vlada Qinqa ilə üz-üzə gəlib.
Rəqibini məğlub edən (2:0) Keyşa Fatimə Zəhra ikinci qələbəsini rəsmiləşdirib. O, ötən gün litvalı Samanta Qolubikaiteyə qalib gəlmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin