
Avropa oyunları: Azərbaycan millisinin heyəti açıqlanıb
Polşanın Krakov şəhərində təşkil olunan Avropa oyunlarında iştirak edəcək çimərlik futbolu üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda iki qapıçı və 10 oyunçu yer alıb.
Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov;
Oyunçular: Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Fuad Hüseynov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Amid Nəzərov, Hüseyn Axundov.
Azərbaycan yığması ilk matçını iyunun 27-də meydan sahiblərinə qarşı keçirəcək. Komanda bir gün sonra Portuqaliya ilə, iyunun 29-da isə İspaniya ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin