
Avropa Oyunları: Azərbaycan millisi son görüşdə qələbə qazandı
Azərbaycanın kişi badmintonçuları Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Polşada təşkil olunan 3-cü Avropa Oyunlarında cütlərin kateqoriyasında qrupdakı son görüşünü keçiriblər.
Komanda.az xəbər verir ki, tandem B qrupunda Coşua Maqi – Pol Reynolds (İrlandiya) cütü ilə qarşılaşıb.
İlk iki oyununda Böyük Britaniya və İtaliyaya məğlub olan yığma bu dəfə 2:1 (19:21, 21:14, 21:16) hesablı qələbə qazanıb.
Azərbaycanın qadın badminton yığması qrupdakı hər üç görüşdə məğlub olaraq, mübarizəni dayandırıb. Kişi badmintonçu Edi Reski Dviçayo və onun qadın həmkarı Keyşa Fatimə Zəhra isə fərdi kateqoriyada 1/8 final mərhələsinə yüksəliblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin