
Avropa Oyunları: Azərbaycan millisi mübarizəni dayandırıb
Polşada keçirilən 3-cü Avropa Oyunlarında qılıncoynatmanın şpaqa növü üzrə kişilər arasında komanda yarışlarına start verilib.
Komanda.az xəbər verir ki, Kənan Əliyev, Barat Quliyev və Ruslan Həsənovdan ibarət Azərbaycan millisi 1/8 finala vəsiqə uğrunda Estoniya ilə qarşılaşıb.
Rəqibinə 41:43 hesabı ilə məğlub olan komanda mübarizəni dayandırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin