
Avropa Oyunları: Azərbaycan millisi final mərhələsinə yüksələ bilməyib
Atıcılıq üzrə qadınlardan ibarət Azərbaycanın yığması Polşada keçirilən 3-cü Avropa Oyunlarında final mərhələsində vəsiqə qazana bilməyib.
Komanda.az xəbər verir ki, Nərimə Səmədova, Nigar Nəsirova və Nəzrin Abbaslıdan ibarət komanda 10 m məsafəyə pnevmatik tapançadan atəş açmada qüvvəsini sınayıb.
Yer aldığı qrupda 826 xal toplayan yığma 9 komanda arasında sonuncu nəticəni göstərib. Burada ilk 8 yeri tutan komandalar final mərhələsinə adlayıblar.
Avropa Oyunları iyulun 2-də başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin