
Avropa Oyunları: Azərbaycan ilk medalını qazanıb
Azərbaycan Polşada keçirilən Avropa Oyunlarında ilk medalını qazanıb.
Komanda.az xəbər verir ki, 67 kq-da çıxış edən karateçi Tural Ağalarzadə B qrupundakı ikinci görüşündə də qələbə qazanaraq, yarımfinala yüksəlib və ən azı bürünc medalı təmin edib.
O, əvvəlcə macarıstanlı Martial Tadissiyə 4:0, ardınca isə isveçrəli Toni Pisinoya 5:3 hesabı ilə qalib gəlib. Ağalarzadə qrupdakı son görüşünü yunanıstanlı Dionisios Ksenosa qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin