Avropa Olimpiya Təsnifat turniri: Stadnik yarımfinalda

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində uğurlu start götürüb.

Komanda.az xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 final mərhələsini asanlıqla keçib.

Onqat Avropa və ikiqat dünya çempionu litvalı Qabija Dilite üzərində 10:0 hesablı qələbə qazanıb. Bununla da, Stadnik yarımfinala yüksəlib.

Daha əvvəl Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) təsnifat mərhələsində məğlub olaraq mübarizəni dayandırıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button