
Avropa Olimpiya Təsnifat turniri: Abbasov mübarizəni dayandırdı
Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində mübarizəyə başlayıb.
Komanda.az xəbər verir ki, 87 kq çəki dərəcəsində çıxış edən idmançı Danimarkadan olan Turpal Bisultanovla üz-üzə gəlib.
Abbasov qarşılaşmadan 3:5 hesabı ilə məğlub ayrılaraq mübarizəni dayandırıb. Daha əvvəl Beka Kandelaki (130 kq) ilk görüşdə qələbə qazanıb.
Bu gün həmçinin Nihat Məmmədli (60 kq) və Murad Əhmədiyev (97 kq) 1/8 finaldan yarışa qoşulacaqlar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin