Avropa Olimpiya Komitəsinin yeni prezidenti bilindi

Avropa Olimpiya Komitəsinin (EOC) yeni prezidenti bəlli olub.

Komanda.az qurumun saytına istinadən xəbər verir ki, bu posta Yunanıstan Olimpiya Komitəsinin prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Spiros Kapralos seçilib. Kapralos 34 səslə qalib olaraq, EOC-un 9-cu prezidenti olub.

66 yaşlı funksioner 2025-ci ilədək quruma rəhbərlik edəcək.