Avropa nəhənglərinin istədiyi futbolçunu 7 milyon avroya aldı
Almaniyanın “Ayntraxt” klubu Portuqaliyanın “Benfika” klubundan icarə götürdüyü Luka Yoviçin transfer hüquqlarını satın alıb.
Komanda.az xəbər verir ki, bu barədə Frankfurt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Yoviç 2017-ci ilin yayında iki illik icarəyə götürülmüşdü. Lakin o, Almaniyada uğurlu çıxışı ilə Avropanın aparıcı klublarının diqqət mərkəzinə düşdüyü üçün, “Ayntraxt” serbiyalı futbolçunu birdəfəlik transfer etməyə qərar verib.
“Benfika”ya 7 milyon avro təzminat ödəyən Bundesliqa təmsilçisi, Yoviçlə 2023-cü ilədək müqavilə imzalayıb.
Yoviç bu mövsüm Bundesliqada 27 matçda 17 qola imza atıb, 6 məhsuldar ötürmə müəllifi olub. O, Avropa Liqasında 11 oyuna 8 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Serbiya yığmasının da şərəfini qoruyan gənc futbolçu ilə İspaniyanın “Real”, “Barselona”, İtaliyanın “İnter” və “Yuventus”, Almaniyanın “Bavariya” klublarının maraqlandığına dair iddialar səslənməkdədi.
Bizi Facebook-da izləyin