“Düdelanj” – “Qarabağ” oyununda daha bir insident – Təxribatçı erməni qrupu bilindi
Avropa Liqasının qrup mərhələsinin ikinci turunun “Düdelanj” – “Qarabağ” oyununda təxribat törədən ermənilər müəyyənləşib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “ultraqrup birinci erməni cəbhəsi” hadisəni törətdiklərini boynuna alıb. Bu qruplaşma “Ultras” adlanan “facebook” səhifələrində hadisənin Spartak adı ilə tanınan başçıları tərəfindən törədildiyini açıqlayıb.
Oyunun gedişində “Jozi Bartel” stadionu ilə üzbəüz yerləşən qarajdakı avtomobillərin bəzilərinin şüşələri sındırılaraq qarət olunub. Lüksemburq polisi qruplaşmanın axtarışındadır.
“Düdelanj” – “Qarabağ” oyununun 30-cu dəqiqəsində Miçelin rəqib qapısından 2-ci qolu keçirməsindən sonra stadionun üzərində qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı asılmış dron uçmağa başlayıb. Bu isə Rəşad Sadıqov başda olmaqla Ağdam klubunun futbolçuları tərəfindən sərt etirazla qarşılanıb. Onlar hakimə etirazlarını bildiriblər. Qarşılaşmanın baş hakimi isə vəziyyətin ciddiliyini nəzərə alaraq, futbolçuları paltardəyişmə otağına göndərib. Bu zaman azarkeşlərdən də meydan daxil olmağa çalışanlar olub. Nəticədə, qarşılaşmada 10 dəqiqədən çox fasilə yaranmışdı.
Qarşılaşma “Qarabağ”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Bizi Facebook-da izləyin