“Qarabağ”la oyunöncəsi “Sevilya”da itki
Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”la qarşılaşacaq “Sevilya” klubu ciddi itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, “Sevilya”nın futbolçusu Xesus Navas zədələnib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. La Liqanın 14-cü turunun “Valyalodid”lə oyununda zədələnən Navasın son durumu tibbi müayinədən sonra bilinəcək.
“Sevilya”nın baş məşqçisi Xulen Lopeteqi “Valyadolid”lə matçdan sonra verdiyi açıqlamada, Navasın vəziyyətinin çox da ciddi olmadığını deyib.
“Valyadolid” – “Sevilya” matçı qonaqların minimal hesablı qələbəsiylə başa çatıb – 0:1.
Noyabrın 28-də keçiriləcək “Sevilya” – “Qarabağ” oyunu saat 00:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin