
Avropa Liqasının qalibi müəyyənləşdi
Avropa Liqasında 2024/2025 mövsümünün qalibi müəyyənləşib.
Komanda.az xəbər verir ki, həlledici görüşdə İngiltərənin iki klubu – “Tottenhem” və “Mançester Yunayted” üz-üzə gəlib.
İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda baş tutan görüşdə London təmsilçisi 1:0 hesabı ilə qalib gələrək baş mükafata sahib çıxıb.
Yeganə qolu 42-ci dəqiqədə Brennan Conson “qırmızı şeytanlar”ın qapısından keçirib.
Bununla da Tottenhem” tarixi ərzində üçüncü dəfə turnirin qalibi adını qazanıb.
Avropa Liqası, final
21 may
Tottenhem – Mançester Yunayted 1:0
Qol: Brennan Conson, 42.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin