Söz verdi, mətbuat konfransına çılpaq gəldi FOTO
Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Omoniya”nı (Kipr) məğlub edən “Antverpen”in baş məşqçisi Brian Priske matçdan sonra təşkil olunan mətbuat konfransına çılpaq gəlib.
Komanda.az xəbər verir ki, danimarkalı mütəxəssis, Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanacaqları halda, mətbuat konfransına çılpaq gedəcəyi ilə bağlı futbolçulara söz verib. Priske verdiyi sözü tutub.
“Antverpen” ilk matçda Kiprdə “Omoniya”ya 2:4 hesabıyla uduzmuşdu. Belçika təmsilçisi əsas vaxtı 2:0 hesabıyla bitən cavab matçında rəqibini penaltilər seriyasında məğlub edib – 3:2.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin