Rokki Bakıya gəlir!
UEFA Avropa Liqasının final oyunu çərçivəsində keçiriləcək “Çelsi” – “Arsenal” matçına təyinatlar açıqlanıb.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı İtaliyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Canluka Rokki olacaq. Ona Filippo Meli və Lorenso Manqanelli kömək edəcək. VAR hakimi Massimiliano İrrati, köməkçisi Marko Qvida və Şimon Şarçinyak olacaq. Oyunun 4-cü hakimi funksiyasını isə Daniele Orsato yerinə yetirəcək.
“Çelsi” – “Arsenal” matçı mayın 29-da, saat 23:00-da start götürəcək. Qarşılaşma Bakı Olimpiya stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin