Avropa Liqası: 3-cü mərhələnin püşkü atıldı
Avropa Liqasının Çempionlar yolunda 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
Komanda.az xəbər verir ki, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində mübarizəni dayandıracaq komandaların, Avroliqanın 3-cü mərhələdəki potensial rəqibləri məlum olub.
Son Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasında “Dandalk” səddini keçə bilməsə, Avroliqanın 3-cü mərhələsində “Slovan” (Slovakiya)/“Feronikeli” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq.
Avropa Liqasının 3-cü təsnifat mərhələsinin oyunları avqustun 8-də və 15-də oynanılacaq. Azərbaycanın bu turnirdəki təmsilçiləri “Neftçi” və “Qəbələ”nin də potensial rəqibləri məlum olub. “Neftçi” 2-ci mərhələdə “Arsenal” (Rusiya) səddini keçsə, “Bney Yehuda”, “Qəbələ” – “Dinamo” (Gürcüstan) cütünün qalibi isə Hollandiya “Feyenoord”u ilə qarşılaşacaq.
Avropa Liqası, 3-cü təsnifat mərhələsi, çempionlar yolu
Sutyeska (Monteneqro)/APOEL (Kipr) cütünün məğlubu – HB Torshavn (Farer adaları)/Linfild (Şimali İrlandiya) cütünün qalibi
ÇFR (Kluj, Rumıniya)/Makkabi (Təl-Əviv, İsrail) cütünün məğlubu – Tre Penne (San-Marino)/Suduva (Litva) cütünün qalibi
Ararat (Ermənistan)/Linkoln (Cəbəllütariq) cütünün qalibi – Saburtalo (Gürcüstan)/Dinamo (Xorvatiya) cütünün məğlubu
Pyast (Polşa)/Riqa (Latviya) cütünün qalibi – Srvena Zvezda (Serbiya)/HİK (Finlandiya) cütünün məğlubu
Valyur (İslandiya)/Ludoqorets (Bolqarıstan) cütünün qalibi – TNS (Uels)/Kopenhagen (Danimarka) cütünün məğlubu
Sarayevo (Bosniya və Herseqovina) – BATE (Belarus)/Rusenborq (Norveç) cütünün məğlubu
Şkendiya (Makedoniya)/Düdelanj (Lüksemburq) cütünün qalibi – Seltik (Şotlandiya)/Nımme Kalyu (Estoniya) cütünün məğlubu
Santa Koloma (Andorra)/Astana (Qazaxıstan) cütünün qalibi – Ferentsvaroş (Macarstan)/Valletta (Malta) cütünün məğlubu
Partizani (Albaniya)/Şerif (Moldova) cütünün qalibi – Maribor (Sloveniya)/AİK (İsveç) cütünün məğlubu
Slovan (Slovakiya)/Feronikeli (Kosovo) cütünün qalibi – Dandalk (İrlandiya)/Qarabağ (Azərbaycan) cütünün məğlubu
Avropa Liqası, 3-cü təsnifat mərhələsi
Norçepinq (İsveç)/Liepaya (Latviya) cütünün qalibi – Hapoel Beer-Şeva (İsrail)/Kayrat (Qazaxıstan) cütünün qalibi
Lexiya (Qdansk, Polşa)/Brondbü (Danimarka) cütünün qalibi – Braqa (Portuqaliya)
Pünik (Ermənistan)/Yablonets (Çexiya) cütünün qalibi – Vulverhempton (İngiltərə)/Kruzayders” (Şimali İrlandiya) cütünün qalibi
Hauqsen (Norveç)/Ştrum (Avstriya) cütünün qalibi – PSV (Hollandiya)/Bazel (İsveçrə) cütünün məğlubu
Torino (İtaliya)/Debretsen (Macarıstan) cütünün qalibi – Şaxtyor (Belarus)/Esbyerq (Danimarka) cütünün qalibi
Molde (Norveç)/Çukariçki (Serbiya) cütünün qalibi – Aris (Yunanıstan)/AEL (Kipr) cütünün qalibi
Midtyulland (Danimarka) – Reyncers (Şotlandiya)/Proqres (Lüksemburq) cütünün qalibi
Riyeka (Xorvatiya) – Aberdin (Şotlandiya)/Çixura (Gürcüstan) cütünün qalibi
Antverpen (Belçika) – Viktoriya (Çexiya)/Olimpiakos (Yunanıstan) cütünün məğlubu
Lokomotiv (Plovdiv, Bolqarıstan)/Spartak (Slovakiya) cütünün qalibi – Strasburq (Fransa)/Makkabi (Hayfa, İsrail) cütünün qalibi
Mariupol (Ukrayna) – Alkmaar (Hollandiya)/Haken (İsveç) cütünün qalibi
Qzira (Malta)/Ventspils (Latviya) cütünün qalibi – Jeness EŞ (Lüksemburq)/Vitoriya (Portuqaliya) cütünün qalibi
Austriya (Avstriya) – Apollon (Kipr)/Şemrok Rovers (İrlandiya) cütünün qalibi
Tyun (İsveçrə) – Spartak (Moskva, Rusiya)
AEK (Kipr)/Levski (Bolqarıstan) cütünün qalibi – Gent (Belçika)/Vitorul (Rumıniya) cütünün qalibi
Vidieton (Macarıstan)/Vaduts (Lixtenşteyn) cütünün qalibi – Ayntraxt (Almaniya)/Flora (Estoniya) cütünün qalibi
Feyenoord (Hollandiya) – Qəbələ (Azərbaycan)/Dinamo (Gürcüstan) cütünün qalibi
Alaşkert (Ermənistan)/Styaua (Rumıniya) cütünün qalibi – Mlada Boleslav (Çexiya)/Ordabası (Qazaxıstan) cütünün qalibi
Legiya (Polşa)/Kuopio (Finlandiya) cütünün qalibi – Dunayska Ştreda (Slovakiya)/Atromitos (Yunanıstan) cütünün qalibi
Konnak (Uels)/Partizan (Serbiya) cütünün qalibi – Yeni Malatyaspor (Türkiyə)/Olimpiya (Sloveniya) cütünün qalibi
Domjale (Sloveniya)/Malmö (İsveç) cütünün qalibi – Utrext (Hollandiya)/Zrinski (Bosniya və Herseqovina) cütünün qalibi
ÇSKA (Bolqarıstan)/Osiyek (Xorvatiya) cütünün qalibi – Zarya (Ukrayna)/Buduçnost (Monteneqro) cütünün qalibi
Arsenal (Tula, Rusiya)/Neftçi (Azərbaycan) cütünün qalibi – Bney Yehuda (İsrail)
Lütsern (İsveçrə)/Klaksvik (Farer adaları) cütünün qalibi – Espanyol (İspaniya)/Styarnan (İslandiya) cütünün qalibi
Sparta (Çexiya) – Trabzonspor (Türkiyə)
Honved (Macarıstan)/Universitatya Krayova (Rumıniya) cütünün qalibi – AEK (Yunanıstan)
Bizi Facebook-da izləyin