
“Qalatasaray” rəsmisi “Neftçi” ilə oyundan danışdı
Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrak yerli mətbuata açıqlama verib.
Komanda.az “Hürriyet” nəşrinə istinadən xəbər verir ki, 66 yaşlı funksioner Bakıdan qələbə ilə qayıtmaq istədiklərini deyib:
“Çərşənbə günü “Neftçi” ilə oyun üçün Bakıya gedəcəyik. Yaxşı nəticə ilə Türkiyəyə qayıtmağı arzu edir, bunu gözləyirəm”.
“Neftçi” – “Qalatasaray” matçı sentyabrın 17-də, Bakı Olimpiya stadionunda keçiriləcək. Görüş saat 20:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin