
“Neftçi”yə məğlub olduqdan sonra…” – Bayrami
Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Neftçi”yə məğlub olan “Şkupi”nin baş məşqçisi Muarrem Bayrami açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Şimali Makedoniya çempionatının 4-cü turunda “Pelister”i məğlub etdikləri (1:0) oyundan sonra fikirlərini bildirən Bayrami “Neftçi”yə uduzduqları görüşü də xatırlayıb:
“Avropa Liqasında “Neftçi”yə məğlub olduqdan sonra belə bir qələbə bizə yaxşı təsir etdi. Düşünürəm ki, qələbəyə layiq idik. Daha yaxşı şanslarımız da oldu, amma yararlana bilmədik. Düşünürəm ki, 4 turdan sonra 10 xal toplamaq yaxşıdır. Oyundan oyuna daha da inkişaf edəcəyik”.
“Şkupi” Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Neftçi”yə 1:2 hesabıyla uduzaraq, turnirdə mübarizəni erkən dayandırıb.
Bizi Facebook-da izləyin