“Laçi”nin baş məşqçisi “Keşlə” üzərində qələbədən danışdı
Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Keşlə”ni məğlub edən “Laçi”nin (Albaniya) baş məşqçisi Armando Kunqu açıqlama verib.
Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, Kunqu, “Keşlə” üzərindəki qələbə haqda bunları deyib:
“Hər təsnifat mərhələsindəki qələbə gözəldir, amma bunun xüsusi yeri var. 50-60 dəqiqə meydanda azlıqda mübarizə apardıq. Bəzən artıq hər şeyin bitdiyini düşünmüşdüm. Futbolçularımı qol buraxmamaqları üçün cəsarətləndirdim. Sonra onlarla ünsiyyət qurmaq üçün fürsətimiz oldu. Onlara sağlam qalmaqlarını, parçalanmamaqlarını və standart vəziyyətdən şansımızı gözləməyi tapşırdım. Onlara “qəhrəman olmaq üçün həmin gecə gəldi”, dedim”.
“Laçi” əsas və əlavə vaxtı 0:0 hesabı ilə bitən matçda “Keşlə”ni penaltilərlə üstələyib – 5:4.
Bizi Facebook-da izləyin