“Bunlar ən çətin üç ay idi” – “Sabah”ın keçmiş baş məşqçisi
“Sabah”ın keçmiş, “Krasnodar”ın hazırkı baş məşqçisi Murad Musayev qarşılaşdığı ən çətin mərhələnin adını çəkib.
Komanda.az “comment.show”-ya istinadən xəbər verir ki, rusiyalı məşqçi son üç ayın ən çətin mərhələ olduğunu bildirib:
“Son üç ay. Bu vaxta qədər, 2 il 9 ay ərzində yaxşı nəticələr və uğurlu matçlarımız oldu, amma sonda bu vəziyyətə düşdük. Bundan çıxmaq istərdim, amma bir sıra əsas matçlarda məğlub olduq. Bunlar ən çətin üç ay idi.
Hansı matçı təkrar oynardıq? “Valensiya” ilə, əlavə vaxtın 4-cü dəqiqəsində əldən verdiyimiz oyunu. Avropa Liqasının 1/4 finalına çıxsaydıq, bu, tarixi nailiyyət olardı. Başqa əvəzetmələr də edə bilərdim (söhbət 2018/19 mövsümündən gedir)”.
40 yaşlı mütəxəssis Vladimir İviç klubdan ayrıldıqdan sonra martın 14-də “Krasnodar”ın baş məşqçi postuna qayıdıb.
“Krasnodar” Rusiya çempionatında 20 oyundan sonra 39 xal toplayaraq 2-ci pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin