“Avropa Liqasını qazanmaq üçün hər şey edəcəyik” – Pioli
“Milan”ın baş məşqçisi Stefano Pioli Çempionlar Liqası matçında “Nyukasl” üzərində qələbəni (2:1) şərh edib.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis ÇL-dən uzaqlaşdıqları üçün məyus olduğunu bildirib:
“Çempionlar Liqasından kənarlaşdırıldığımız üçün məyus oldum. Qrupun çətin olacağını bilirdik, amma düşünürəm ki, “Milan” daha çox şeyə layiqdir. Qalan matçlarda şansımızdan istifadə etməli idik. İndi Avropa Liqasını qazanmaq üçün hər şey edəcəyik”.
Milan klubu 6 oyundan sonra F qrupunda sonuncu yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin