
“Bu uğuru əldə etməyincə, insanlar həmişə “siz heç nə qazanmamısız” deyəcəklər”
“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu Avropa Liqasındakı mümkün qələbənin klub üçün əhəmiyyətindən danışıb.
Turnirin final oyunu mayın 21-də İspaniyanın Bilbao şəhərində keçiriləcək və London təmsilçisi “Mançester Yunayted”lə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, avstriyalı çalışdırıcı “Metro” nəşrinə açıqlamasında bunları deyib:
“Son 20 ilin tarixini nəzərdən keçirsək, bu qələbə həm başqalarının “Tottenhem”ə münasibətində, həm də klubun özünə baxışında dönüş nöqtəsi ola bilər. Bu uğuru əldə etməyincə, insanlar həmişə “siz heç nə qazanmamısız” deyəcəklər. Futbolda ən vacib olan da məhz budur”.
“Tottenhem” sonuncu dəfə 2008-ci ildə İngiltərə Liqa kubokunu qazanıb. Klubun Avropa Liqasında mümkün qələbəsini necə qeyd edəcəyi barədə rəsmi məlumat verilməsə də, Londonda qələbə paradı təşkil edə biləcəyi ehtimal olunur.
Daha əvvəl xəbər vermişdik ki, digər finalçı “Mançester Yunayted” ictimai tədbirlər keçirməyəcək, qələbə halında yalnız klub bazasında “piknik”lə kifayətlənəcək.
Bizi Facebook-da izləyin



