
“Avropa Liqasındakı qələbə bizim üçün böyük uğur olacaq”
“Tottenhem”in hücumçusu Son Hın Min UEFA Avropa Liqasının finalında “Mançester Yunayted”lə keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Komanda.az “Talksport”-a istinadən xəbər verir ki, cənubi koreyalı futbolçu Avropa Liqasındakı qələbənin onlar üçün böyük uğur olacağını bildirib:
“Avropa Liqasındakı qələbə bizim üçün böyük uğur olacaq. İlk addım həmişə ən çətinidir. Qalib gələ bilsək, bu, “Tottenhem”in mentalitetini dəyişəcək və daha böyük uğurlar uğrunda mübarizə aparacağıq”.
Avropa Liqasının “Tottenhem” – “Mançester Yunayted” final qarşılaşması bu gün saat 23:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin