
Avropa Liqasında yeni rekordçu
İspaniyanın “Betis” komandasının kapitanı Xoakin Sançes Avropa Liqasının tarixinə düşüb.
Komanda.az xəbər verir ki, İspaniya millisinin sabiq üzvü buna qrup mərhələsinin 2-ci turunda Bolqarsıtanın “Ludoqorets” klubu ilə görüşdə (3:2) qol vurmaqla nail olub.
O, matçın 39-cu dəqiqəsində fərqlənib. 41 yaş 56 günlüyündə olan yarımmüdafiəçi Avropa Liqasında qol vurmağı bacaran ən yaşlı futbolçuya çevrilib.
Bunadək rekord “Molde”dən Daniel Hestada məxsus idi – 40 yaş 98 gün.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin