Avropa Liqasında yeni rekordçu
Şotlandiyanın “Reyncers” klubunun hücumçusu Alfredo Morelos Avropa Liqasının tarixinə düşüb.
Komanda.az xəbər verir ki, 23 yaşlı kolumbiyalı futbolçu bu turnirdə yeni rekorda imza atıb.
Belə ki, o, Avroliqada təsnifat və qrup mərhələsi daxil olmaqla ən çox qol vuran futbolçuya çevrilib. Bu mövsüm təsnfat mərələsində 8 qolla bombardir olan Morelos, qrup mərhələsində daha 6 qola imza atıb və komandasının pley-offa yüksəlməsinə kömək edib. Kolumbiya yığmasının forvardı bununla da Avroliqada yeni ilə qədər 14 qol vurmağı bacaran ilk futbolçu olub.
Qeyd edək ki, Morelos bu mövsüm daha 4 qol vurmağı bacarsa, ümumiyyətlə Avroliqada bir mövsüm ərzində ən çox qol vuran futbolçuya çevriləcək. Hazırda bu rekord Alfredonun həmyerlisi Radamel Falkaoya məxsusdu. Kolumbiyalı ulduz futbolçu 2010/11 mövsümündə “Portu”nun Avroliqanı qazanmasına 17 qolla töhfə verib.
Bizi Facebook-da izləyin