Avropa Liqası: “Qarabağ”ın rəqibi futbolçusunu ərəblərə satıb
“Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsində rəqiblərindən olan “Ayaks” futbolçusu Stiven Berqveyni Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-İttihad”a satıb.
Komanda.az Amsterdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı vinger 21 milyon avroya transfer olunub.
Berqveyn əvvəllər “Ayaks”ın gənclərdən ibarət komandalarında çıxış edib. Daha sonra PSV-yə, oradan da İngiltərənin “Tottenhem” klubuna keçib. Vinger London təmsilçisinin heyətində 83 oyun keçirib və 8 qol vurub. O, Niderland millisində 22 oyunda 6 dəfə fərqlənib.
Stiven Berqveyn ötən mövsüm “Ayaks”ın heyətində bütün turnirlərdə 31 oyun keçirib, 13 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin