Avropa Liqasında püşk atıldı: MY “Sevilya” ilə qarşılaşacaq

UEFA Avropa Liqasında 1/4, yarımfinal və final final mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada “Yuventus” “Sportinq”ə, “Mançester Yunayted” isə “Sevilya”ya rəqib olub:

Avropa Liqası, 1/4 final

Mançester Yunayted (İngiltərə) – Sevilya (İspaniya)
Yuventus (İtaliya) – Sportinq (Portuqaliya)
Bayer (Almaniya) – Union (Belçika)
Feyenoord (Niderland) – Roma (İtaliya)

Yarımfinal

  1. Yuventus (İtaliya) – Sportinq (Portuqaliya) / Mançester Yunayted (İngiltərə) – Sevilya (İspaniya)
  2. Feyenoord (Niderland) – Roma (İtaliya) / Bayer (Almaniya) – Union (Belçika)

Final

1-ci cütün qalibi – 2-ci cütün qalibi

1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bir həftə sonra keçiriləcək. Yarımfinal görüşləri mayın 11-də və 18-də olacaq. Turnirin final görüşü isə mayın 31-də, Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button