Avropa Liqasında həftənin oyunçusu adına namizədlər

UEFA Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Komanda.az xəbər verir ki, bu ada İspaniya “Sevilya”sından İvan Rakitiç, Erik Lamela, İtaliya “Roma”sından Nemanya Matiç və Almaniyanın “Bayer” (Leverkuzen) klubundan Florian Virts namizəddir.

UEFA Konfrans Liqasında isə həftənin oyunçusu adına İtaliya “Fiorentina”sından Nikolas Qonsales, Kristiano Biragi, İngiltərənin “Vest Hem” klubundan Deklan Rays və Niderlandın AZ komandasından Ticani Reynders namizəddir.

Qalib UEFA-nın rəsmi saytına səsvermə yolu ilə məlum olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button