Avropa Liqası: Zərbə sayına görə “Qalatasaray”ın 3 futbolçusu öndədir
UEFA Avropa Liqasında ümumi mərhələnin 5 turu geridə qalıb.
Komanda.az xəbər verir ki, UEFA-nın rəsmi saytında Avropa Liqası ilə bağlı maraqlı statistik məlumatlar var. Maraqlıdır ki, “Qalatasaray”ın üç futbolçusu qapıya zərbələrin sayına görə ilk 4-lükdə yer alıb.
Birinci yerdə 24 zərbə vuran hücumçu Viktor Osimhen qərarlaşıb. Mauro İkardi 18 zərbə ilə üçüncü, Barış Yılmaz isə 17 zərbə ilə dördüncü yerdədir.
İkinci yeri 20 zərbə vuran “Ayntraxt”dan (Frankfurt) Omar Marmuş tutur.
Avropa Liqasında çıxış edən “Qarabağ”ın hansısa futbolçusu bu siyahıda yer almayıb.
Avropa Liqasının turnir cədvəlində birinci yeri hazırda “Latsio”, “Atletik” və “Ayntraxt” bölüşür. Beş turdan sonra onların 13 xalı var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin