Avropa Liqası: “Zirə” mübarizəyə start verir

“Zirə” bu gün UEFA Avropa Liqasında mübarizəyə başlayacaq.

Komanda.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda turnirin 1-ci təsnifat mərhələsi çərçivəsində Moldovada “Şerif”in qonağı olacaq.

Tiraspol şəhərindəki “Şerif Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Cavab oyunu bir həftə sonra “Liv Bona Dea Arena” gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button