Avroliqa: “Roma” qalib gəldi, “Yuventus” son anda xilas oldu
Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları start götürüb.
Komanda.az xəbər verir ki, İtaliyada “Yuventus” İspaniya “Sevilya”sını, “Roma” isə Almaniyanın “Bayer” klubunu qəbul edib. Turində heç-heçə qeydə alınıb. Romalılar isə ilk oyundan qələbə ilə ayrılıblar.
Cavab matçları mayın 18-də keçiriləcək.
UEFA Avropa Liqası, yarımfinal
İlk oyunlar
11 may
Yuventus (İtaliya) – Sevilya (İspaniya) 1:1
Qol: Qatti, 90+7 – En Nesiri, 26.
Baş hakim: Daniel Zibert (Almaniya)
Turin, “Yuventus” stadionu
Roma (İtaliya) – Bayer (Almaniya) 1:0
Qol: Bove, 63.
Baş hakim: Maykl Oliver (İngiltərə)
Roma, Olimpiya Stadionu
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin